28 C
Baku
Saturday, July 27, 2024

Özəl fəaliyyət göstərən həkimlər 500 manatdan yuxarı olan pulu nağdsız almalı olacaqlar

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər ödəniləcək məbləği nağdsız qəbul etməli olacaqlar.

Bununla bağlı “Özəl tibb fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib.

Belə ki, onlar göstərdiyi xidmətə görə 500 manatdan yuxarı olan pulu nağdsız almalıdırlar.

“Nağdsız hesablaşmalar haqqında” qanununa edilən dəyişikliyə əsasən nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirilərək bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də əlavə edilib.

Bununla da, hüquqi şəxs yaradıb-yaratmamasından asılı olmayaraq, bütün özəl tibbi fəaliyyətə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunub.

“Özəl tibb fəaliyyəti haqqında” qanun layihəsi də, qeyd olunan “Nağdsız hesablaşmalar haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma məqsədi daşıyır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər