18 C
Baku
Tuesday, April 23, 2024

Özəlləşdirmədən və icarədən büdcəyə daxilolmaların həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 53,8 milyon manat təşkil edib. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən isə cari ilin 9 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 19,7 milyon manatdan çox vəsaitin ödənilməsi təmin olunub.

Banker.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 3.170 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 646-sı qeyri-yaşayış sahələri üzrə, 2 524-ü isə torpaq sahələrinə dair olub. Bu, 2021-ci ilin 9 ayı ilə müqayisədə 1.973 və ya 2,6 dəfə çoxdur.

Beləliklə, bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 73,6 milyon manat vəsait büdcəyə daxil olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər