14 C
Baku
Monday, October 28, 2024

Özəl bağçalarda təhsil alacaq şagirdlərin ödənişinin 250 manatı dövlət tərəfindən qarşılanacaq

2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul ola bilməyən uşaqlar seçilən özəl bağçalara yerləşdiriləcəklər.

Təhsil haqqının yarısını isə Elm və Təhsil Nazirliyi ödəyəcək. Layihə Nazirliyin “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçiriləcək. 

Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, dövlət bağçalarında yerlərin sayı az olduğuna görə alternativ modellər həyata keçirilir: “Müəyyən meyarlara uyğun gələn bağçalarda akkreditasiya ilə bu sistem tənzimlənəcək. Həmin bağçalarda 250 manata qədər vəsait dövlət tərəfindən ödənilir. Fikrimcə, məktəbəqədər təhsildə əhatəliliyi artırmaq üçün ən qısa yol budur. Əsas problemimiz monitorinqi düzgün təşkil etmək və bağça şəbəkəsini artırmaqdır”. 

Son xəbərlər
Digər xəbərlər