22 C
Baku
Friday, October 4, 2024

Özəl bankların kredit qoyuluşları 10 mlrd manatı keçib

1 iyul tarixində Azərbaycanda iqtisadiyyata cəmi kredit qoyuluşu 16 754,8 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, cəmi kredit qoyuluşları ilin əvvəlindən 1 271 mln manat və ya 9%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 981 mln manat və ya 22% artıb.

Həmçinin dövlət banklarının kredit qoyuluşları 5 785,2 mln manat, özəl bankların kredit qoyuluşları 10 499,7 mln manat, qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşları isə 469,8 mln manat təşkil edib.

Qeyd edək ki, dövlət və özəl banklarının kredit qoyuluşlarının artmasına baxmayaraq, qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşları son 3 ayda dəyişilməz qalıb.

Son xəbərlər
Digər xəbərlər