1 Mart tarixində ölkədə özəl banklar tərəfindən verilən kreditlər azalıb
Banker.az Mərkəzi Banka istinadən məlumat verir ki, 20 697.2 mln manat olan kredit qoyuluşunun 12 699.1 mln manatı 61% -i özəl banklar tərəfindən qoyulub. Ötən ay isə bu göstərici 62.6% təşkil edirdi. Belə ki, son bir ay ərzində 1 070.1 mln manat artım olmasına baxmayaraq, özəl bankların xüsusi çəkisində azalma müşahidə olunub.
Dövlət bankları tərəfindən qoyulan kreditlər isə 1 047.6 mln manat artaraq, 7 438.7 mln manat təşkil edib. Dövlət bankları tərəfindən qoyulan kreditlərin xüsusi çəkisi isə 1.5% artaraq 35.9% təşkil edib.
Qeyri-bank kredit təşkilatları tərəfindən qoyulan kreditlər 559.5 mln manat təşkil edib. Xüsusi çəkisi isə 0.3% azalaraq 2.7% təşkil edib.