“Özəl ekspertlər də verdiyi rəyə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar”.
Bunu Ədliyyə Nazirliyi Məhkəmə-ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib.
O bildirib ki, ekspertiza ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün müddəalar özəl ekspertiza sahəsinə də aiddir: “Həmçinin özəl ekspertlərin də səlahiyyətləri çərçivəsində həyata keçirdikləri ekspertiza ilə bağlı qanunda nəzərdə tutulmuş hüquqları ilə yanaşı, məsuliyyətləri də var”.
Onun sözlərinə görə, dövlət, yaxud özəl ekspertiza təyin etmək hüququ müraciət edən şəxsin özü tərəfindən müəyyən edilə bilər.
©Report