2 C
Baku
Sunday, December 15, 2024

Özəl müəssisələrə 1 milyarda yaxın pul yatırılıb

Özəlləşdirmə nəticəsində dövlət büdcəsinə ümumilikdə 35 milyon manatdan çox pul köçürülüb.

Kiçik dövlət müəssisələrinin satışı üzrə respublikanın şəhər və rayonları üzrə keçirilmiş 180-dən çox hərracda 520-ə yaxın əmlak satılıb.

Bu məlumat Əmlak Məsələləri Dövlət Komitəsinin 2013-cü il üzrə hesabatında əks olunub.

Hesabata görə, 2013-cü ildə ümumilikdə kiçik özəlləşdirmə formasında 700-ə yaxın dövlət müəssisə və obyekti, 720-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

Səhmlərin satışı üzrə keçirilmiş pul hərraclarında 41, ixtisaslaşdırılmış pul hərraclarında 5, investisiya müsabiqələri vasitəsilə isə 3 səhmdar cəmiyyətin səhmləri satılıb.

Hesabat ilində investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 57 milyon manat məbləğində investisiya qoyulub.

Əvvəlki dövrlərdə investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş və müqavilə öhdəliklərini icra etmiş 7 dövlət müəssisəsi üzrə mülkiyyət hüququ alıcılara keçib.

Ümumilikdə, 1 yanvar 2014-cü il tarixinədək keçirilmiş investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş 93 dövlət müəssisəsinə 882 milyon manatdan artıq həcmdə investisiya qoyulub, bu müəssisələrdə 16500-dən artıq iş yeri yaradılıb, dövlət büdcəsinə 54 milyon manata yaxın məbləğdə pul vəsaiti ödənilib.

Dövlət mülkiyyətinə keçən əmlakın satışı üzrə keçirilmiş 7 hərracda 120-dən çox əmlak satılaraq dövlət büdcəsinə 48800 manatdan çox pul vəsaiti ödənilib.

Həmçinin, hesabatda deyilir ki, səhmdar cəmiyyətlərinin səhmlərinin ixtisaslaşdırılmış pul hərracından, səhmdar cəmiyyətləri və kiçik dövlət müəssisələrinin güzəştli satışından 278428 manatdan çox vəsaitin, dövlət nəfinə müsadirə olunmuş əmlakın satışından 48809 manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Son xəbərlər
Digər xəbərlər