12 C
Baku
Friday, November 1, 2024

Özəl sektorda çalışan neftçilərin əməkhaqları 5 min manatdan aşağı düşdü

Azərbaycanda xam neft və qaz hasilatı üzrə çalışan qeyri-dövlət sektorunun işçilərinin orta aylıq əməkhaqları son bir ildə 5% və ya 244 manat azalıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, ölkə üzrə qeyri-dövlət sektorunda ən böyük əmək haqqı alanların 2019-cu ilin IV rübü başlarkən əməkhaqkar 4 892 manat/aylıq təşkil edib (bu barədə DSK-dən məlumat verilir). Halbu ki, 2018-ci ilin eyni dövründə bu şəxslər ortalama  5 136 manat/aylıq əməkhaqqı alırdılar.

Əməkhaqlarının azalması ilə yanaşı neftçilərin özəl sektor üzrə sayı da azalıb. Məslən, 2019-cu ilin IV rübü başlarkən ümumi işçilərin sayı 11 300 nəfər təşkil edib. Öncəki ilin analoji dövründə isə bu sektor üzrə 11 573 nəfər işçi çalışırdı. Bu illik 2,4% azalma olması deməkdir.

Xatırladaq ki, ölkədə BP, TOTAL, LUKOYL, SHELL, TPAO, Petronas, Equinor və s. kimi xarici şirkətlərlə yanaşı yerli bir neçə şirkətdə neft və qaz emalında iştirak edirlər.

ABŞ-ın Chevron və ExxonMobil neft-qaz şirkətləri isə 2018-ci ildə Azərbaycandan getmələri barədə açıqlamalar yaymışdılar.

Son xəbərlər
Digər xəbərlər