13 C
Baku
Monday, November 3, 2025

Özəl sektorda çalışanların icbari tibbi sığorta haqqını ödəmə qaydasına dəyişiklik edilir

Özəl sektorda çalışanların icbari tibbi sığorta haqqını ödəmə qaydasına dəyişiklik edilir.

Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, gələn ildən sözügedən kateqoriya üzrə aylıq gəlir 2500 manata qədər olduqda sığortaolunan və sığortaedən hər biri bunun 2 %-i qədər, 2500 manatdan çox olduqda isə sığortaolunan və sığortaedən hər biri artıq hissənin 0,5 %-i qədər sığorta haqqı ödəyəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qaydaya görə, sığortaolunan və sığortaedənin hər biri üçün əməkhaqqı 8000 manatadək olduqda sığortahaqqı 2%, əməkhaqqı 8000 manatdan çox olduqda isə 0.5% sığortahaqqı tutulur.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər