Yeni emissiya olunan 322 milyon səhm tam yerləşdirildikdən sonra özəl investorların ABB-nin nizamnamə kapitalındakı payı 10%-ə çatacaq, dövlətin payı 90%-ə enəcək.
Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib ki, əsas məqsəd ABB-yə özəl investisiyaların, kiçik səhmdarların cəlb edilməsidir. Maksimal sifariş limitinin bir investor üzrə 20 min manat dəyərində 75 min ədəd səhm müəyyən edilməsi də bununla bağlıdır.
Abbas İbrahimov qeyd edib ki, ABB 6 ildir ki, səhmdarlarına dividend ödəyir. Bu, hər il artıb. Bank daha da inkişaf etdikcə, gəlirlilik artıqda dividend gəlirliliyi hədəfi 15%-dən yuxarı tutulacaq.
Əlavə kütləvi səhm buraxılışına gəlincə, ABB sədri deyib ki, hazırda səhmdarlarının qərarı sözügedən səhm buraxılışından ibarətdir. Gələcəkdə də bu istiqamətdə yeni qərar ola bilər.