24 C
Baku
Thursday, September 25, 2025

Özəl şirkət SOCAR-la birgə müəssisindəki payını artırıb

Azərbaycanda özəl şirkət “Olimp Mühəndis Xidmətləri” MMC-nin  SOCAR-la birgə biznesindəki payını artırıb.

Banker.az xəbər verir ki, “Olimp Mühəndis Xidmətləri”nin birgə şirkət “SOCAR-NefteQazStroy” MMC-dəki payı 90.11 faizə yüksəlib. Bu, 1 yanvar 2023-cü ildə 89.78 faiz idi. “SOCAR-Nefteqazstroy” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 795 510 manatdır.

17 nəfər ətrafında işçi heyətinə sahib olan “Olimp Mühəndis Xidmətləri”nin əsas fəaliyyət növləri bina və obyektlərin təmir-tikintisi və quraşdırılmasından ibarətdir. Bundan əlavə Şirkət tikinti materiallarının  idxalı və topdansatışı ilə də məşğuldur. OMX-nin 1 milyon manatlıq nizamnamə kapitalının 95 faizi Şükür Əliyevə, 5 faizi isə İsgəndər Talıbov Sabir oğluna (o həmçinin “SOCAR-NefteQazStroy” MMC-nin baş direktorudur) məxsusdur.

“SOCAR-NefteQazStroy” MMC -nin nizamnaməsinə görə əsas fəaliyyət sahəsi olaraq neft və qaz sənayesi sahəsində tikinti, istehsal, servis, mühəndis, layihə, məsləhət, tədqiqat, nəqliyyat işlərinin bütün növləri, saxlama üçün obyektlərin tikintisi və yenidən qurulması, terminal və limanların tikintisi, neft quyularının qazılması, quyu avadanlıqlarının təmiri və quraşdırılması, torpaq işləri, neft-qaz yataqlarının işlənməsi, Azərbaycan Respublikasında, Rusiya Federasiyasında və digər ölkələrdə beynəlxalq neft konsorsiumları tərəfindən maliyyələşdirilən beynəlxalq layihələrdə iştirak etmək, Azərbaycan Respublikasının neft və qaz sənayesinə xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulub.

“SOCAR-NefteQazStroy” 2023-cü ildə 3.68 mln. manat ümumi gəlirə qarşı 0.3 mln. manat xalis mənfəət əldə edib.

 

Son xəbərlər
Digər xəbərlər