16 C
Baku
Thursday, May 2, 2024

“Özəl şirkətlər kütləvi səhm təklifi ilə bağlı bizə müraciət ediblər”

Azərbaycanda fəaliyyətdə olan böyük və tanınmış şirkətlər səhmlərinin kütləvi təklifi üçün maraqlıdırlar. Məxfiliyi qorumaq baxımından adlarını açıqlamaya bilməsəmdə deyə bilərəm ki, səhmlərin kütləvi təklifi ilə bağlı artıq bizə müraciətlər daxil olub.

Bu barədə Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov deyib.

“Onu da qeyd edim ki, səhm bazarı şəffaflığı tələb etdiyi üçün hər bir şirkət bu bazara çıxa bilməz. Bu bazarda inkişaf etmiş, gələcəyə baxışı olan şirkətlər uğur qazana bilər. Publik olmaq böyük məhsuliyyətdir. Eyni zamanda kapital bazarlarına çıxmaq istəyən şirkətlər öz etibarlılığını sübut etmək istəyən şirkətlərdir”, – deyə F. Axundov əlavə edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər