10 C
Baku
Wednesday, December 11, 2024

“Özəl tibb fəaliyyəti haqqında” qanuna dəyişiklik təsdiqləndi

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.

Prezident İlham Əliyev bu barədə Qanunu imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 687-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır:

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 129; 2001, № 3, maddə 144; 2002, № 5, maddə 240; 2004, № 6, maddə 396; 2007, № 6, maddə 560, № 10, maddə 938; 2009, № 12, maddə 949; 2015, № 11, maddə 1278; 2020, № 12 (I kitab), maddə 1425; 2021, № 6 (I kitab), maddə 543; 2022, № 6, maddə 592) 13-cü maddəsinin dördüncü hissəsinə “müəssisələri” sözündən sonra “və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər” sözləri əlavə edilsin.

Son xəbərlər
Digər xəbərlər