9 C
Baku
Sunday, November 17, 2024

Özəl universitetlərdə təhsil alan tələbələr də kredit götürə biləcəklər

“Tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi yoxdur”.

Bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (ttk) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, ödənişli əsaslarla oxuyan tələbə kredit almaq hüququna malikdir: “Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub”.

O xatırladıb ki, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani təhsil alan ödənişli tələbələr kredit almaq hüququna malikdir: “Qiyabi təhsil alanlar isə kredit ala bilməzlər”.

Son xəbərlər
Digər xəbərlər