Özəl yoxsa büdcə mühasibatlığı? Bu suallar mənə çox verilir. Bu baxımdan bəzi şəxslərə bunu izah etmək istəyirəm. Artıq özəl və büdcə terminləri dəyişib. Büdcə mühasibatlığı isə ictimai sektor üçün mühasibatlıq adlanır. Özəl isə mikro, kiçik, orta subyektləri üçün maliyyə mühasibatlığa bölünür. Yəni göründüyü kimi ixtisaslaşma baxımdan bölünüblər. Bəzən mühasibatlıq sahəsini seçən şəxslər seçim qarşısında olub hansı hissəni seçəcəyini və harada işləyəcəyini bilməyib, koranə addımlar atırlar. Yanlışlığa yol verib kurslara gedib, sonra niyə getdiyini və bunun üçün niyə vəsait xərclədiyini anlamırlar. Mühasibatlığın əsas prinsipi uçotdur. Uçot fərq etmir ictimai sektorda olsun və ya mikro, kiçik, orta subyektləri üçün maliyyə mühasibatlığında, ümumən bunlar eyni bönüvrədən qidalanır. Təsadüfi deyil ki, ali tədris ocaqlarında mühasibatlığı seçən şəxslər üçün ümumi mühasibatlıq keçirilir. Müdavim iş seçəndə artıq hansı istiqamətdə addım atmasını bilməlidir. Bilmirsə daimi özünü axtaracaq. Kurs keçən tədris mərkəzlər nadir hallarda düzgün məsləhət verirlər. Əsasən bu düzgün məsləhət verənlər imicini qoruyan tədris mərkəzləridir. İctimai sektor üçün mühasibatlığın önündə Maliyyə Nazirliyi durur. Burada büdcə müəssisənin əsas prinsipi pul qazanmaq yox, pulu necə xərcləmək əsas meyar kimi götürülür. Bu baxımdan da, büdcə təşkilatların xərclərinə nəzarət olunmaq üçün, Maliyyə Nazirliyinin tərkibində şöbələr mövcuddur. Eləcə də Hesablama Palatası da, büdcə xərclərinin uçotuna nəzarət edir. Mikro, kiçik, orta subyektləri üçün maliyyə mühasibatlığın əsas prinsipi gəlir əldə etməkdir. Bu baxımdan da, onların gəlirlərin düzgün formada vergi tutulmalarına nəzarəti Dövlət Vergi Xidməti Orqanı aparır. Mühasibat hesablar da, yanaşmalar da iş etibarı ilə fərqlidir. Bundan əlavə beynəlxalq mühasibatlıq meyarları da, fərqlidir. Özəl sektorda yeganə üstünlük, mühasiblərə iş baxımdan verilən azadlıqdır. Büdcə sistemində yalnız qoyulan təlimatlara uyğun mühasiblər hərəkət edir. Hətta buna görə, büdcə sistemində, dərsliklərin buraxılması biznes baxımından sərfəli deyil. Çünki çıxış imkanı məhduddur. Mühasibin mühasib kimi sərbəst formada inkişaf etməsi dairəsi də dardır. Amma bünövrə uçotla bağlı olduğundan hər şey ona bağlı olur. Uçot tək mühasibatlıq üçün yox, ölkə, ailə üçün də vacibdir. Uçotun düzgün formada aparan ölkə, ailə heç vaxt hansısa çətinlikdə axsamaz. Əksinə çətinliyin həlli yolun daha tez tapar. Təəsüf olsun istər büdcə, istər özəl sektorda uçotu dırnaq arası baxanlar çoxdur. Bu da məlum məsələdir. Belə mühasibləri fikrində yalnız bir qeyd var. “Pul hər şeyə çarədir”. Amma dəfələrlə praktikada da olub ki, “Pul” insanı bəzi məqamlarda xilas etməyib. Sonda mühasibatlığa qədəm qoyan şəxslərə qeyd etmək istəyirəm ki, seçim edən də diqqətli olsunlar ki, sonradan səhv atdıqları addım üçün peşman olmasınlar. Atdıqları addımları mükəmməl atsınlar ki, işdə çətinlik olduqda ona qalib gələ bilsinlər.
Mühasibatlıq dırnaq arası sahə deyil. Burada rəqəm səhvi, uçot səhvi mühasibə baha başa gələ bilər. Odur ki, hər işdə olduğu kimi, burada da, daimi öz biliyin üzərində işləməlisən. Yeniliklərdən xəbər olmalısan. Peşəkər mühasiblər o mühasiblərdir ki, daimi öz üzərində işləyillər.
İqtisadçı – ekspert Rauf Qarayev