7 C
Baku
Tuesday, January 13, 2026

Özəlləşdirilən səhmdar cəmiyyət ləğv edilir

“Varvara balıq” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 27 yanvar 2020-ci il saat 11.00-da Yevlax rayonu, Varvara kəndində yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcək.

Ümumi yığıncağın gündəliyinə “Varvara balıq” ASC-nin “Az Varvara” MMC-yə qoşulması, “Varvara balıq” ASC-nin “Az Varvara” MMC-yə qoşulması ilə bağlı qoşulmanın dövlət qeydiyyatına alındığı tarixdən “Varvara balıq” ASC-nin fəaliyyətinə xitam verilərək təhvil aktı üzrə bütün hüquq və vəzifələrinin “Az Varvara” MMC-yə keçməsi, qoşulma barədə mətbuatda elanın dərc edilməsi və “Varvara balıq” ASC-nin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizənin müvafiq orqana göndərilməsi, “Varvara balıq” ASC-nin hüquq və vəzifələrinin “Az Varvara” MMCyə verilməsinə dair təhvil aktının təsdiqi və digər məsələlər daxildir.


Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri
saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Yevlax rayonu, Varvara
kəndində yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə
müraciət etməklə tanış ola bilərlər.

Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Son xəbərlər
Digər xəbərlər