14 C
Baku
Saturday, November 23, 2024

Özəlləşdirilmə vəsaitlərindən istifadə qaydası dəyişir

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitindən istifadə qaydası dəyişib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu vəsaitdən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi texniki bazasının möhkəmləndirilməsi üçün də istifadə ediləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər