19 C
Baku
Sunday, May 5, 2024

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 131 milyon manat vəsait daxil olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 131 milyon manatdan çox vəsaitin ödənilməsi təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən  2023-cü ilin yanvar-oktyabr ayları ərzində 49 hərrac keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 14 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 443 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 10 ayı ərzində  hərraca çıxarılmış dövlət əmlakı üzrə 275 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 59 onlayn qoşulma reallaşıb. 

Cari ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 104 milyon manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 2.868 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 693-ü qeyri-yaşayış, 2.175-i isə torpaq sahələrinə dair olub.                                

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin 10 ayı ərzində dövlət büdcəsinə 27,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artıb.

Beləliklə, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 131 milyon manatdan çox vəsait daxil olub. 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər