15 C
Baku
Monday, May 6, 2024

Özəlləşdirmədən dövlət büdcəsinə 30 milyon manatdan çox vəsait daxil olub

Bu ilin ilk 7 ayında özəlləşdirmədən dövlət büdcəsinə 32.4 milyon manat daxil olub.

Banker.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Qeyd edək ki, cari ilin yanvar-iyul ayları ərzində 40 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 327 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu dövrdə hərrac vasitəsilə 16 faydalı qazıntı yatağı istismara verilib.

Qeyd olunur ki, bu ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə, 46.3 milyon manata yaxın vəsait daxil olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər