16 C
Baku
Thursday, April 25, 2024

Öz dövrünü qabaqlayan yazıçılar – I hissə

Bir çox yazıçıların öz dövrlərində səsləndirdikləri deyimlər, əsərlərində təsvir etdikləri virtual dünya və hadisələr o dövrün insanları üçün haradasa qeyri-mümkün hesab edilirdi. Lakin o dövrdə heç kim, günlərin bir günü bütün bu qeyri-mümkün hesab edilən hadisələrin real olacağını bilmirdi.

Jül Vern

“İnsan maşın onu parçalayana qədər, onu ixtira edəcək”

Jül Vernin öz çoxsaylı əsərlərində yaratdığı yeni ideyalrın sayını nəzərə alsaq, ya Jül Vern gələcəyə səyahət üçün xüsusi zaman maşınına, ya da dahi ixtiralar yaradan ikinci bir beyinə sahib idi. Onun əsərlərindəki təyyarələri, akvalanaqları, videofonları, kosmosa səyahəti və elektrik mühərriklərini və s.ni başqa cür necə izah etmək olar?! Onun yaşayıb fəaliyyət göstərdiyi 19-cu əsrin sonlarında isə bütün bunlar hələ mövcud deyildi.

Oxumağa dəyər əsərləri: “Yerin mərkəzinə səyahət”, “Yer kürəsindən Aya”, “Sirli ada”, “20 000 il su altında”.

Herbert Uells

“Dahi, qeyri adi və hər kəsin adət etdiyi çərçivədən kənara çıxan ideyalar insanlar üzərində az əhəmiyyətli ideyalardan daha az təsirə malikdir”.

Bu dahi yazıçının ideyaları sözün əsl mənasında öz dövrünü qabaqlayıb. Dahi öz bədii əsərlərində televizor, eskalator, genetik eksperimentləri, uçan vasitələri, lazer silahlarını, atomun parçalanması və hətta atom bombasını ətraflı təsvir edib. Bununla yanaşı, o telefonların potensiallarını dərk edərək, gələcəkdə onların insan üçün 1 nömrəli vasitə olacağını və internet və kompüter funksiyasını yerinə yetirəcəyini bildirmişdi. Təbii ki, Uells bunlar haqqında məlumata sahib ola bilməzdi. Belə ki, o öz əsərlərini 20-ci əsrin əvvəllərində yazırdı.

Oxumağa dəyər əsərləri: “Dünyanın azad edilməsi”, “Yatanlar oyananda”, “Zaman maşını”, “Görünməz adam”, “Dünyaların savaşı”, “Həkim Moro-nun adası”.

Artur Clarke

Artur Clarke Stiv Jobsdan əvvəl müasir planşetlərin prototipini öz “2001-ci ilin kosmik odisseyi” əsərində yaratmışdı. Qeyd edək ki, bu əsər 1968-ci ildə nəşr edilmişdi. O öz əsərlərində interneti də təsvir etmişdi. Məhz Clarke 1945-ci ildə radiolokasiya və əşyaların yerini izləmək ideyasını yaratmışdı.

Oxumağa dəyər əsərləri: “2001-ci ilin kosmik odisseyi”, “Şəhər və ulduzlar”, “Rama ilə görüş”.

Rey Bredberi

Bu yaxınlarda dünyamızı tərk etmiş məşhur və dahi yazıçı öz dövründən öncə bir çox ideyalar yaratmışdır. Məsələn, 1950-ci ildə yazdığı “Narın yağış yağacaq” əsərində o “ağıllı evi” ətraflı şəkildə təsvir etmişdir.

Bununla yanaşı, müasir sosial şəbəkələrin prototipi Rey Bredberi tərəfindən hələ 1953-cü ildə yaradılmışdır. Onun əsərində istifadəçilər xüsusi televizorun köməkliyi ilə uzaq məsafədən bir-biri ilə ünsiyyət qururdular.

Bredberi daha nələri öncədən xəbər verib?  – qulaqlıqlar, bankomatlar, televizorlar, playerlər və s.

Oxumağa dəyər əsərləri: “Farengeyt üzrə 451 dərəcə”, “Mars xronikası” və s.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər