10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Öz fərqli kartınızı burada tapın

MasterCard Business və ya VISA Business xidməti xərclərin ödənilməsi üçün nəzərdə tutulan korporativ kartlara aiddir. Tez-tez təşkil olunan xidməti ezamiyyətlər, ofisdən kənarda müştərilərlə və partnyorlarla keçirilən təqdimatlar və görüşlər çoxlu xərclər tələb edir ki, bu korporativ kartlar da bu sıradan olan situasiyalar üçün nəzərdə tutulub. Kart şirkət hesabına bağlı olaraq işləyir və rəsmi icazə altında istifadə oluna bilər. Bu səbəbdən də kart sahibi – fiziki şəxs olsa da, kart borclusu – hüquqi şəxsdir.

Əgər şirkət, birdən çox əməkdaşına kartdan istifadə haqqı vermək istəsə, hər şəxs üçün ayrı-ayrılıqda, rəsmi tələb açılmalıdır. Hər kartın üzərində, kartı işlətmək hüququnda olan əməkdaşın adı yazılır.

Bu növ kartlardan istifadə istər təşkilatlar, istərsə də onların əməkdaşlarına bir çox üstünlüklər verir. Şirkət əməkdaşlarına, şirkət adına istifadə ediləcək otel, təmsil etmə, nəqliyyat, səyahət və s. xərclərində şirkətə mühasibat rahatlığı və xərclərin idarə edilə bilməsi imkanı yaradaraq, əməkdaşlarının həyata keçirdiyi bütün əməliyyatlara nəzarət etməyə imkan verir və bununla da xərclənmiş vəsaitlər üzrə hesabatların hazırlanması prosesi uzanmır, əksinə xərclərin şəffaflığı təmin edilir.

Korporativ kartların oxşar xüsusiyyətləri:

  • Təsərrüfat fəaliyyəti ilə əlaqədar xərclərin, ezamiyyət və s. xərclərinin ödənilməsi;
  • Ezamiyyətlər zamanı məbləğlərə nəzarət edilməsi;
  • Çoxsaylı qəbzlərin hesablanmasına vaxtın sərfi azaldılır;
  • Sadələşdirilmiş mühasibat uçotu;
  • İşgüzar və şəxsi xərclərin ayrılması;
  • Müxtəlif ölkələrdə vəsaitlərdən istifadə;
  • Vaxt və ehtiyatlara qənaət edilir;
  • Korporativ hesab manat, ABŞ dolları və avro ilə açıla bilər;
  • Hesab üzərinə limitin təyin edilməsi;
  • Partnyorlarla kredit sazişlərinin müzakirəsinə ehtiyac olmur;
  • Əməkdaşların xərclərinə nəzarət;
  • Ödənişlər üçün imkanların seçimi təklif olunur.

Kartın adı

Aid olduğu Bank

Əsas fərqi

İllik xidmət haqqı

Əlavə

Visa Business

Access Bank

korporativ kart

35 AZN

Dünyanın istənilən ölkəsində vəsaitlərdən istifadə edə bilərsiniz. Həmçinin hesab üzərinə limitin təyin edə və əməkdaşların xərclərinə nəzarət edə bilərsiniz

Visa Business

Ata Bank

korporativ kart

30 AZN

Korporativ hesab manat, ABŞ dolları və avro ilə açıla bilər

Visa Deposit

Bank of Baku

 Debet kart / Kredit kart

8 AZN

Kart hesabına ilkin mədaxilə ehtiyac yoxdur.
Kartı 3 il müddətinədək rəsmiləşdirməyiniz
mümkündür.

VISA Countdown

DəmirBank

Beynəlxalq endirim kartı

20 AZN

    Dünyanın 34 ölkəsində, 100 000-dən çox ticarət-xidmət mərkəzlərində 50%-dək endirim
38 günədək faizsiz müddətlə kartla kredit xəttinin açılması mümkündür.

MasterCard Bussiness

Rabitəbank

Korporativ kart

40 AZN

Bankın təsdiq edilmiş tariflərinə əsasən sığorta depozitini və ya xidmət haqqını ödəyən müştərilər üçün nəzərdə tutulmuşdur.

Visa İnfinite

Unibank

Mühüm şəxslər üçün nəzərdə tutulmuş
eksklüziv xidmətlərin göstərilən kart

600 AZN*

Kartın hesabına minimal ilkin mədaxil  1000 AZN/USD/EUR/GBP. Həmçinin dünyanın 500-dən artıq hava limanlarında VİP gözləmə zallarından pulsuz istifadə etmək imkanı əldə edə bilərsiniz.

Visa İnfinite

Beynəlxalq Bank

Ən imtiyazlı məhsul

250 AZN

 Visa International ödəniş sistemi kartları arasında ən imtiyazlı məhsuldur.

World Signia

Ən yüksək pilləli və
konsyerj-servisi

250 AZN

Vəsaitlərin köçürülməsini, telefon və sair xidmətləri ödəmək və hesab və ya kart üzrə çıxarışları əldə etmək.

Subaru Card

Bank Respublika

Standard

0 AZN

Kartın hesabına minimal ilkin mədaxil  100 AZN -dir

Master Card Salary

NBC Bank

Əmək haqqı kartı

15 AZN

Əlavə kartın xidmət haqqı yoxdur

Master Card VIP

VİP kart

100 AZN

Əlavə kartın xidmət haqqı yoxdur

Visa Business

Korporativ kart

80 AZN

Əməkdaşlar üçün korporativ hesab üçün açıla bilər

Visa / MasterCard Business

AFB Bank

Korporativ kart

50 AZN

Bu kartlar əsasən korporativ müştərilər üçün nəzərdə tutulmuş əlverişli, nağdsız ödəniş alətidir.

Albalı Kart

Unibank

Seçilən mağazalarda edilən əməliyyata görə bonuslar qazana bilərsiniz

Kart pulsuzdur

Albalı Kart yalnız Unibankın partnyor olduğu şəbəkələrdə istifadə edilə bilər və tamamilə pulsuzdur.

Pay Kart

Bank Respublika

“Pay” bonus məbləği
Sizə sərfəli alış-veriş
etməyə imkan verir.

Kart pulsuzdur

Sistemin konkret partnyorundan asılı olaraq – hər alış-verişdə məbləğin 25%-dək  Sizə bonus şəklində “Pay” verilir.

World Card

YapıKredi Bank

Alış-veriş zamanı ümumi məbləğin 3%-ə qədəri bal olaraq hesablanır

25 AZN *

Hissə-hissə nağd avans əməliyyatı üçün çəkə biləcəyiniz minimal məbləğ 100 AZN-dir.

Bolkart

Bank of Baku

 Bolkartla dünyanın istənilən ölkəsində alış-veriş etmək olar

Kart pulsuzdur

Bolkartla ölkədə, ölkə hüdudlarından kənarda və internetdə MasterCard loqosu qeyd olunmuş bütün məkanlarda alış-veriş etmək mümkündür.

Extra Card

ASB Bank

İlk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi

Kart pulsuzdur

Partnyor mağazalarda %10.ə qədər bonus qazanmaq imkanı vardır, hər alış-verişdə 0.5% bonus Bank tərəfindən əlavə qatqı payı olaraq verilir

MasterCard World Signia

MasterCard World Signia kartı sizə – yəni sahibinə xüsusi xidmətlər təklif edir. Bunlardan biri rusdilli konsyerj xidmətidir ki, əksər problemlərin həlli üçün kartınızın üzərində göstərilən telefon nömrəsinə zəng etməyiniz kifayətdir. Misal olaraq, restoranda masanın, biletlərin alınması və s. xidmətlər göstərilir.

Signia kartları əksər hallarda aşağıdakı xidmətlərlə fərqlənir:

  • Biletlərin və s. əvvəlcədən sifarişi və onlar haqqda məlumat;
  • Avtomobillərin icarəsi;
  • Xüsusi sürücü;
  • Hava limanında qarşılama;
  • Tərcüməçi;
  • Hədiyyələrin çatdırılması
  • Məktubların çatdırılması
  • Maraqlı ekskursiyaların təşkili;
  • «işgüzar» xidmətlər və s.

World Signia kartının üz hissəsində Sizin şəxsi imzanızın «qızılla» nadir şəkildə həkk olunması sahibinin statusunu qeyd edir və onu nüfuzlu kartların az saylı digər sahiblərindən fərqləndirir. World Signia kartı ilə həm də güzəşt və bonuslar qazana bilər, eyni zamanda fərdi menecerin pulsuz xidmətindən istifadə edə bilərsiniz.

Visa İnfinite

Visa Infinite kartları – Visa International ödəniş sistemi kartlarından ən imtiyazlı məhsuldur. Belə ki, bu kartların VİP, imkanlı müştərilərə, əmanət yerləşdirmiş və kredit xətti sahibləri, eyni zamanda təşkilatların yuxarı pilləli əməkdaşlarına və s. verilməsi nəzərdə tutulur. Əlavə olaraq, bu kart vasitəsi ilə müxtəlif rezervasiyalar və bu istiqamətdə məlumatın alınması, aviabiletlərin və hotel qeydiyyatı, əyləncəli tədbirlərə biletlərin sifarişi; hədiyyələrin, sənədlərin çatdırılması , tərcümə xidməti, avtomobil kirəyəsi, hesabınız və hesabınızdakı valyutaların məzənnələri və bütün əməliyyatlar haqqında məlumat və s. həyata keçirə bilərsiniz.

VISA Countdown

VISA Countdown beynəlxalq endirim kartıdır və dünyanın 34 ölkəsində 50%-dək endirimlə əldə edə bilərsiniz, Azərbaycanda isə 100-dək ticarət-xidmət mərkəzlərində 3%-dən 50%-dək endirimlər təqdim olunur. Bütün dünyada, endirim təqdim edən ticarət-xidmət mərkəzlərində Countdown loqotipi ilə stikerlər yapışdırılıb. Endirimdən istifadə etmək üçün Countdown kartı ilə nağdsız ödəniş etmək məcburi deyil, sadəcə kartı göstərmək kifayətdir.

Countdown proqramı üzrə endirim təqdim edən ölkələr:

  • Avropa – Avstriya, Belçika, Böyük Britaniya, Hollandiya, Yunanıstan (həmçinin Krit), Danimarka, İrlandiya, İspaniya (həmçinin Kanar adaları), İtaliya, Kipr, Lüksemburq, Malta, Moldova, Portuqaliya, Rusiya,Türkiyə, Fransa, İsveçrə, Ukrayna;
  • Asiya – Hindistan, İndoneziya, Çin (həmçinin Tayvan), Malayziya, Sinqapur, Tailand, Filippin, Cənubi Koreya;
  • Şimali və Cənubi Amerika – Kanada, ABŞ;
  • Afrika – Mərakeş, Tunis;
  • Avstraliya və Okeaniya – Avstraliya, Yeni Zelandiya.

Countdown endirim kartının sahibləri aşağıdakı qaydalara riayət etməklə endirimlərdən istifadə edə bilərlər:

Kartın üzərində sahibinin imzası və kartın etibarlılıq müddəti qeyd olunmalıdır.

Endirimlər yerli valyutada 10 ABŞ dollarından yuxarı ekvivalent məbləğdə olan alış zamanı təqdim edilir.

Alış zamanı kartı ticarət-xidmət mərkəzinin kassasında (qiymətin hesablanmasından əvvəl) satıcıya təqdim etmək lazımdır. Restoranlarda isə yemək sifariş etməzdən qabaq, çünki sifariş sonradan dəyişdirilə bilməz.

Restoranlarda nahar edənlərin sayı 4 nəfərdən çox olmadıqda endirim verilir.

  • Otellərdə faks və ya telefonla otaq bron etməzdən əvvəl (qalma vaxtından 2 həftə əvvəl) ödəmənin Countdown kartı ilə nağdsız ediləcəyini bildirmək lazımdır.
Visa Deposit kartı

Visa Deposit kartı – bankda deposit yerləşdirmiş əmanətçilərə əmanət üzrə faizlərinin komissiya ödəmədən əldə etmələri üçün nəzərdə tutulmuşdur. Bundan başqa əmanətçi olaraq siz kart hesabınıza öz əlavə vəsaitlərini də yerləşdirə bilərsiniz.

World kart, Albalı kart, Extra kartları vasitəsi ilə siz partnyor şəbəkəsində edəcəyiniz alış-veriş zamanı bal və hissə-hissə ödəmə imkanlarından faydalana bilər, nəzərdə tutulmuş kampaniyalardan, imtiyazlı əlavə xidmətlərdən istifadə edə bilərlər. Alış-veriş zamanı ümumi məbləğin hər kart üzrə müxtəlif fazilər hesablanaraq bal qazanacaqsınız.

PayKart bonus sistemi Bank Respublika-nın bütün plastik kartlarını o cümlədən əmək haqqı layihələrini əhatə edir və bonus “PAY”-larını real pul ekvivalentində partnyor şəbəkəsində toplamağa imkan verir. Bu bonuslar hər əməliyyatdan müəyyən faiz dərəcəsilə toplanır. Hal-hazırda bu faiz dərəcəsi 15%-dəkdir.

Bolkart əldə etmək üçün online sifariş verə bilər eyni zamanda, Bank of Bakunun filiallarına müraciət edə bilərsiniz. Bolkartdan nağd pul çıxarmaq ancaq Bank of Bakunun elan etdiyi ayrı-ayrı nağdlaşdırma kampaniyaları dövründə mümküdür.

Son xəbərlər
Oxşar xəbərlər