34 C
Baku
Wednesday, August 17, 2022

Öz gücümüzə niyə şübhə edirik?

İnsan gün ərzində təqribən 70 minə yaxın fikri beynində “emal” edə bilir. Beyin ağlınızı itirməyəsiniz deyə, onları bir növ saf-çürük edir. Ələkdən keçən fikirlər yadda qalır, digərləri isə ya silinir, ya da şüuraltında bir müddət qalır. Çoxsaylı araşdırmalara görə, insan son 20 il ərzində “insanın özünə inansızlığı və öz gücünə şübhə etməsi” ilə bağlı fikirləri ön plana çəkir.

Sosioloqlar bunu hər şeydən daha çox uğura köklənməyimiz və özümüzdən həddindən artıq çox şey tələb etməyimiz ilə əlaqələndirirlər.

Bəs bunun öhdəsindən necə gəlmək olar?

Etiraf edin ki, bu vəziyyətdə olan tək siz deyilsiniz:

Özümüzə şübhə etməmişdən öncə özümüzü ətrafdakı insanlar ilə müqayisə etməyə başlayırıq. Bizə elə gəlir ki, ətrafdakı insanlar bizdən daha ağıllı, daha bacarıqlı, daha istedadlıdırlar və onları geridə qoymaq üçün heç bir şansımız yoxdur. Üstəlik də, onların öz gücünə şübhə etmədiklərini düşünürük. Bu elə deyil. Hər kəs öz gücünə şübhə edər. Buraya bir çox uğur və nailiyyətlətə sahib insanlar da daxildir. Siz də kənardan baxdıqda digərləri üçün özünə əmin şəxs təsiri bağışlayırsınız. Beləliklə, siz tək deyilsiniz. Siz də digərləri kimisiniz. Hər bir halda, onlardan geri qalmırsınız.

Özünüzü dostlarınız və iş yoldaşlarınızla müqayisə etməyin:

Özünüzə olan əminliyinizi bərpa etməyin ən yaxşı üsullarından biri də özünüzü dostlarınız və iş yoldaşlarınız ilə müqayisə etməkdən çəkindirməkdir. Başa düşməlisiniz ki, digərlərinin uğurları sizin şəxsi uğurlarınız üçün ölçü meyarı deyil. Təcrübəniz unikaldır. Hər kəs müxtəlif şərtlər əhatəsində və müxtəlif məqsədlərə sahibdirlər. Özünüzü digərləri ilə müqayisə etmək əvəzinə, özünüzü keçmişdəki “SİZ”-lə müqayisə edin…

Ətrafdakıların haqqınızda nə düşündüyü fikrindən uzaqlaşın:

Yalnızca öz düşüncənizə etibar edin və ondan əsla şübhə etməyin. Çünki yalnız siz özünüzün əslində nə istədiyinizi bilirsiniz.

Qərar qəbul etməkdən qorxmayın:

Özünüzdən o dərəcədə şübhə edirsiniz ki, hansı qərarı verirsiniz – verin bunun səhv qərar olacağını zənn edirsiniz. Öz bacarıqlarınıza qarşı bu cür yanaşma sonda səhv etməmək üçün ümumiyyətlə qərar qəbul etməməyinizə gətirib çıxarır. Bunun əvəzində, qərarınızdan əmin olmasanız da bir nəticəyə gəlin. Özünüzə inanın, şübhə etməyin! Son nəticədə qərarı hər zaman dəyişmək mümkündür. Bunun özü də bir qərardır!

Son xəbərlər
Oxşar xəbərlər