24 C
Baku
Thursday, April 18, 2024

Öz gücünüzə inanın!

Aşağıda sizə üç şirkətin uğur və yaranma tarixçəsini təqdim edirik. Böyük ehtimalla bu şirkətləri tanıyırsınız. Lakin yəqin ki, heç vaxt onların uğura nail olmadan öncə nələrdən keçdiyi barədə düşünməmisiniz.

1. Fed-Ex – ABŞ-ın logistika şirkəti

Fed-Ex şirkətinin yaranma tarixçəsi bizə ilk başdan tənqidlərə və mübahisələrə baxmayaraq öz arzumuzdan vaz keçməməli olduğumuzu öyrədir. Bundan əlavə, həmtəsisçilərin yeni start-up yaratmaları üçün lazım olan pulu Las-Veqas kazinolarından qazandığı ilə də tez-tez rastlaşmırıq.

1965-ci ildə Yel universitetində təhsil alan Fred Smith ABŞ-da nəqliyyat daşımaları ilə bağlı sualları araşdırırdı. Bu dövrdə nəqliyyat şirkətləri iri yükləri ABŞ ərazisi boyu ya yük maşınlarında, ya da sərnişin təyyarələrində daşıyırdılar.  Smith belə hesab edirdi ki, ilkin tələbat mallarını, kiçik əşyaları təyyarı vasitəsilə aparan şirkətlər daha effektivdir.

O nəhayət ki, arzuladığı işi 1971-ci ildə həyata keçirə bilir. Federal Express-in yaradılmasından üç il sonra şirkət müflis olmaq həddinə çatır. Ola bilsin ki, buna səbəb yanacaq qiymətlərinin böyük sürətlə artması idi. Şirkət ayda 1 milyon dollar itirməyə başladı. Şirkət üzləşdiyi böhrandan xilas olmaq üçün 5 min dollar toplasa da bu onun fəaliyyətini davam etdirməyə kifayət etmir. Belə olduqda Smith General Dynamics-ə maliyyə yardımı üçün müraciət edir, lakin rədd cavabı alır. Heç bir çarə qalmadıqda Smith şirkətin olan-qalan vəsaitini (5 min dollar) götürərək Las-Veqasa yollanır və həftə sonu bütün məbləği kazinoda oyuna yatırır. Artıq bazar ertəsi günü Fed-Ex şirkətinin hesabında 32 min dollar var idi. Şirkət bu məbləğlə lazımi yanacağı ala və şirkətin fəaliyyətini bir neçə gün daha uzada bilir. Tezliklə şirkət əhəmiyyətli dərəcədə yüksək maliyyə yardımı əldə edə bilir. Şirkət bütün problemlərə və geriyə baxmayaraq 1976-cı ildə özünün ilk gəlirini əldə edir.

2. Angry Birds yaradıcıları – Rovio şirkəti

51 oyun yaradılmasına və 6 illik gərgin əməyə baxmayaraq şirkət hələ də uğurdan çox uzaq idi. Onların 52-ci oyunu isə əsas qəhrəmanı quşların olduğu bir oyun idi. Hər şey doğrudur, şirkət Rovio, onları məşhur edən oyun isə Angry Birds idi.

Hazırda 500 əməkdaşa sahib şirkətin məhsulundan milyarddan çox insan istifadə edir. Rovio hətta Star Wars, NASA və Çin hökuməti ilə partnyorluq münasibətləri yaradıb. Bu hadisə onu sübut edir ki, 51 uğursuzluğa baxmayaraq özünə və arzuna inanmağa davam etmək lazımdır.

3. Lamborghini şirkəti necə yaranıb

Ferruço Lamborghini ilk vaxtlar traktor düzəltməklə məşğul olan bir fermer idi. Sonda onun biznesi o qədər uğur qazanır ki, o İtaliyanın ən varlı insanlarından birinə çevrilir.

O hətta özünə Ferrari avtomobili də almışdı və bir dəfə onun avtomobili xarab olur. Professional mexanik olan Ferruço problemi özü həll etməyə çalışır və bu zaman aşkar edir ki, Ferraridə onun traktorunda olduğu kimi eyni mufta var.

O Ferraridə istifadə edilən detalların keyfiyyətsizliyinə əsəbləşərək Enço Ferrariyə şikayət edir. Özündən çox razı olan Enço Ferrari isə Ferruççonun adi bir “kəndli” olduğunu və problemin avtomobildə deyil, məhz onda olduğunu bildirir.

Təhqir edilmiş Ferruçço Ferrari avtomobillərini geridə qoyacaq bir avtomobil yaradacağına söz verir. Onun əzmkarlığı və qisas almaq arzusu sözün əsl mənasında möhtəşəm bir avtomobilin yaradılmasına gətirib çıxarır.

Son xəbərlər
Digər xəbərlər