Google axtarış saytında “intellektual qabiliyyətini yaxşılaşdırmaq” söz birləşməsini yazıb, axtarış həyata keçirsəniz öz zehni imkanları genişləndirmək ilə bağlı ən müxtəlif tövsiyə, metodika və oyunlara rast gələcəksən. Onların əksəriyyəti özündə fiziki məşğələləri, balanslaşdırılmış qidanı və zehni məşq etdirmək üçün kompleks tapşırıqları nəzərdə tutulur.
Əlbəttə heç olmasa bir nəfər bu yazılan bütün üsulları sınaqdan keçirərək, onların hamısını istifadə edə bilsəydi, çox gözəl olardı, amma mən buna çox şübhə ilə yanaşıram ki, siz o məsləhətləri oxuyandan sonra gündə bir saat qaçışla məşğul olmağa vaxt ayırasınız, ya öz pəhrizinizi dəyişərək, tərkibində daha çox omeqa-3 yağ turşuları və sellüloz olan qidaları öz gündəlik rasionunuza daxil edəsiniz. Bəziləri hətta ürək tutması qorxusu altında olsa belə bunu etməyə başlamayacaqlar.
Bəs tənbəllər qrupu üçün nəzərdə tutulub, lakin beyni əməliyyatları yaxşılaşdırmaq imkanı verən hər hansı bir tövsiyələr varmıdır? Xoşbəxtlikdən, var.
1. Kompüter “maus altlığının” yerini dəyişin
Bundan asan ola bilməz!
Mausun yerini dəyişməklə, siz daha az istifadə etdiyiniz əlinizi işləməyə məcbur edəcəksiniz. Bu, isə öz növbəsində beynin sağ yarımkürəsi ilə sol yarımkürəsi arasındakı neyron əlaqəsini stimullaşdırmağa icazə verir. Elmi tədqiqatlar göstərir ki, hər iki əlindən eyni dərəcədə istifadə edən insanlarda beynin sağ və sol yarımkürələrini birləşdirən liflərin miqdarı 100% daha çoxdur.
İdeala nail olmaq üçün, əslində siz gərək dominant olmayan əlinizlə mümkün qədər daha çox hərəkət edəsiniz. Amma bəzi hallarda bu sizə çətin görünə bilər. Mən bir dəfə dişlərimi sol əlimlə təmizləməyə başladım, nəhayətdə bütün ərp dişlərimin üzərində qaldı.
Digər əlin köməyi ilə mausdan istifadə etməyə başlamaq çox asandır. İlk bir neçə gün ərzində bu sizə qəribə görünə bilər, siz sürətli və dərhal “klik etmək” tələb
olunan proqramlardan istifadə etməyə başlayanda hər şeyi öz yerinə qaytarmalı olacaqsınız. Amma müəyyən adaptasiya dövrü keçdikdən sonra siz hər iki əllə mausu rahat istifadə edə biləcəksiniz.
2. Özünüzü xatırlamağa məcbur edin
Bəzən siz yanınızda oxunan mahnının adını və ya yanınızdan ötüb keçən, köhnə tanışlardan birinin adını yada salmaq istəyirsiniz. Bu sözlər sizin başınızda elə fırlanır ki, sanki dilinizin ucundadır, amma tapıb deyə bilmirsiniz. Belə bir situasiyada nə etmək lazımdır? Bəlkə də siz ən asan üsuldan istifadə edərək, yaxınlıqda olan yoldaşlardan birindən soruşursunuz. Sizə həmin adı deyəndə, siz hətta belə həyəcanla qışqıra bilərsiniz: “Hə də. Əlbəttə, Necə yadıma düşmürdü”.
Növbəti dəfə belə bir hal olanda özünüzü yada salmağa məcbur edin. Əzələlər kimi, beyni də məşq etdirmək olar, siz nə qədər çox məşq etsəniz, o bir o qədər güclü olacaqdır.
Özünüzü təkcə adlar ilə məhdudlaşdırmayın. Siz dayının telefon nömrəsini öyrənmək üçün anaya zəng edirsiniz? Kağız və qələm haqqında unudun, nömrələri telefonun yaddaş kitabçasına yazmağa tələsməyin. Onları yadda saxlamağa çalışın. Onda siz onları yadda saxlaya və yada sala biləcəksiniz. Öz telefonunuzun düymələrinə nəzər salaraq, rəqəmlərin necə görünməli oldu haqda beyninizdə təsvir yaratmağa çalışın.
Ən pis halda, siz yenidən anaya zəng etməli olacaqsınız.
3. Mühakimə qabiliyyəti tələb edən oyunlar oynayın
Öz beyninizin qabiliyyətlərini inkişaf etdirmək üçün riyazi olimpiadalarda iştirak etmək mütləq deyil. Adi İQ testlər, krossvordlar, bilməcələr sizi beyninizin fəaliyyətinə hiss ediləcək qədər təsir göstərəcəklər.
Burada mütəmadilik olduqca vacibdir, ona görə də bu oyunları və tapşırıqları öz gündəlik həyatınızın bir hissəsinə çevirməyə çalışın. Məsələn, siz evə ya işə gedərkən yol ərzində krossvordlar həll edə bilərsiniz. Məsələn mən, hər gün işə başlamazdan öncə bir partiya şahmat oynayıram. Bu təqribən 15 dəqiqə vaxt aparır, amma əvəzində günün mənim beynim üçün çox yaxşı başlanmasını təmin edir.