9 C
Baku
Thursday, December 12, 2024

Öz istehsalı olan raketlə kosmosa iki süni peyk göndərəcək

İran dövləti gələn həftə öz hərbi sənayesinin istehsalı olan raketlə kosmosa iki süni peyk göndərəcək.

Banker.az AZƏRTAC İ.A-ya istinadla xəbər verir ki, bu fikirləri İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ölkənin keçmiş dövlət başçısı Əli Əkbər Haşimi Rəfsancaninin vəfatının ikinci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, bu gün İran müdafiə sahəsində ən son nailiyyətlərə malik silah istehsalı ilə məşğuldur. İran Prezidentin sözlərinə görə, hərbi sənayenin inkişafının əsası mərhum ölkə başçısı Rəfsancaninin hakimiyyəti illərində qoyulub. İran bu sahədə artıq çox irəliləyib.

Son xəbərlər
Digər xəbərlər