26 C
Baku
Wednesday, April 24, 2024

Öz motivasiyanı maksimum elə: 14 sadə qayda

Bu sadə strategiyalar sənə həmişə formada olmağa kömək edəcək, istər iş vaxtı, istər də işdən kənar şəxsi həyatında. 

Yazda –havaların isindiyi və digər tərəfdən isə ötən ildən qalmış enerjinin tamamı ilə tükəndiyi bir vaxtda özünü işləməyə məcbur etmək xüsusi ilə çətindir. Ola bilsin ki, sizin bu yayda da işləməkdən başınız açılmadı və yenə də istirahətə vaxtınız qalmadı. Belə zamanlarda qarşıya qoyulan tapşırıqların məhsuldar yerinə yetirilməsi və işgüzar ruhu stimullaşdırmaq üçün əlavə motivasiyaya ehtiyac vardır.

Sizə motivasiya əzmini yüksəkdə saxlamağa icazə verən 14 sadə qayda təqdim edirik.

1. Öz düşüncələrinə nəzarət et. Özünü pozitiv, müsbət fikirləşməyə vərdiş etdir. Həmçinin neqativ fikirlərdən uzaq ol.

2. Öz vücudunu stimullaşdır. İstənilən bir tapşırığı yerinə yetirmək üçün, sənə zehni qabiliyyət lazım olduğu qədər də, fiziki güc lazımdır. Yemək və idman zalına çəkdiyiniz xərclərin hesabını tutun və biznes planda olduğu kimi, ona da riayət etməyə çalışın.

3. Neqativ insanlardan yayınmağa çalışın. Onlar sizin enerjinizi “sovurur” və qızıldan qiymətli vaxtınızı öldürür. Ona görə də belə “şəxsiyyətlərə” baş qoşmaq, həmişə sizin öz zərərinizədir.

4. Özünü dəyərlərini və maraqlarını paylaşdığın insanlar ilə əhatə et. Onların müsbət enerjisi öz təsirini sənə ən yaxşı tərəfdən göstərəcək. Onların yanında ikən sən öz uğur strategiyanı da tətbiq edə biləcəksən.

5. Hədəflərə malik olmaq, amma uyğunlaşmağı da bacarmaq lazımdır. Heç bir plan dəyişiklik edilmədən gerçəkləşmir, əgər sənin üçün vacib olan plan deyil, hədəflərinə çatmaqdırsa, onda mütəmadi dəyişikliklərə daha rahat yanaşacaqsan.

6. Ən yüksək məqsədlərə hədəflənərək hərəkət et. Sənin ən yüksək hədəfinə uyğun gəlməyən, ən mühüm maraqlarına cavab verməyən bütün fəaliyyət növləri sadəcə boşa açılmış atəş kimidir. Bu cür nüanslardan, əbəs yerə qüvvə itirməkdən uzaq ol.

7. Öz hərəkətlərinə görə həmişə özün məsuliyyət daşı. Fərqi yoxdur, sənin nəticələrin nə dərəcədə yaxşıdır, ya pisdir. Bu səni özünü əmin hiss etməyinə, həyatın istənilən çağırışlarını və ya hədiyyələrini ləyaqətlə qəbul etməyinə imkan verəcəkdir.

8. Sərhədlərini aş. Hər gün səni əhatə edən çərçivəni bir az daha böyüt. Böyümək və inkişaf etmək üçün sənə yeni, tər-təmiz hava lazımdır. Köhnə, sənə yaxşı tanış yollarla gəzməklə sən, qüvvələrini tükəndirəcək və çox tezliklə qocalacaqsan. Yeni üfüqləri kəşf etmək sənə daima formada qalmağa kömək edəcək.

9. Ən yaxşı məqamın yetişəcəyini gözləmə. Burada və indi hərəkətə keç. Adətən həyati oyunlarda perfeksionistlər məğlub olurlar. Sən uğura can atmaqdansa, beynində mümkünsüzlük divarları ucaldır, özün-öz beynində maneələr qurursan.

10. Uğursuzluqları müsbət qarşılamağı öyrən. Yadda saxla ki, həyatdan ən vacib dərsləri məhz onda alırsan ki, istədiyin nəyəsə nail ola bilmirsən. Harada səhvə yol verdiyini müəyyən etmək üçün vaxt ayır və düzgün nəticə çıxarmağı öyrən.

11. Uğurları həddindən artıq ciddi qəbul etmə. Əgər uğurların başını gicəlləndirməsinə imkan versən, onda çox tezliklə uğursuzluğun da dadına baxmış olacaqsan.

12. Zəif hədəflərdən yayın. Hədəflər uğurun ruhunu, təməlini təşkil edir. Ona görə də heç vaxt “mən çalışaram, “mən cəhd edərəm” demək lazım deyil. Həmişə “mən edəcəyəm” “mən edtməliyəm” söyləyin.

13. Hərəkətsizliyi əsl uğursuzluq kimi nəzərdən keçir. Sən hər belə situasiyanın ondan ötrü analiz etməlisən ki, tədbir görüb, sənə faydalı ola biləcək nəticə çıxarasan.

14. Həmişə danışmaqdan öncə fikirləş. Sözlərini səpələmə. Məqsədsiz və mənasız şəkildə danışmaq –yalnız uğursuz insanlara xas bir xüsusiyyətdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər