19.2 C
Baku
Sunday, September 25, 2022

Özbəkistan avtomobil istehsalında Rusiyanı qabaqlayıb

Rusiya Milli Sənaye İnformasiya Agentliyinin (NAPI) məlumatına görə, bu ilin üç ayı ərzində, aprel-iyun aylarında Özbəkistanda Rusiyadan daha çox avtomobil istehsal edilib.

İyun ayında istehsal həcminə görə Özbəkistan Rusiyanı 20.4 min avtomobil ötüb: Respublika 34 min, Rusiya isə 13.6 min avtomobil istehsal edib.

Agentliyin proqnozlarına görə, Özbəkistan avtomobil istehsalının hazırkı artım tempini qoruyub saxlayarsa və Rusiyada istehsal eyni səviyyədə qalarsa, 2022-ci ilin sonuna qədər ölkələr arasında fərq 100 min avtomobilə çata bilər.

MənbəOxu.az
Son xəbərlər
Oxşar xəbərlər