22 C
Baku
Thursday, October 3, 2024

Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

Özbəkistan aqrar sektorun subsidiyalaşdırılması və kənd təsərrüfatının rəqəmsallaşdırılması sahəsində Azərbaycanın təcrübəsinin tətbiqi imkanlarını nəzərdən keçirir.

Bunu Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov sosial şəbəkədəki səhifəsində Romada keçirilən Ümumdünya Ərzaq Təşkilatının (FAO) 43-cü iclasında iştirakından danışarkən yazıb.

“Roma səfəri çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüş daxil olmaqla, ikitərəfli görüşlər başlayıb. Azərbaycanın aqro-subsidiyalar və kənd təsərrüfatının rəqəmsallaşdırılması sahəsində unikal nailiyyətləri var. Biz bunu öyrənə və bu təcrübəni Özbəkistanda tətbiq edə bilərik”, – nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə iki ölkə arasında pambıqçılıq, ipəkçilik və baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər