16 C
Baku
Thursday, April 18, 2024

Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolunda pilot tranzit daşınmalarına başlamaq niyyətindədir

Özbəkistan Nəqliyyat Nazirliyi 2020-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunda pilot tranzit daşınmalarına başlamaq niyyətindədir.

Özbəkistan Nəqliyyat Nazirliyinin rəhbərliyi və “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini İqbal Hüseynov Daşkənddə Gürcüstan və Türkiyənin dəniz limanlarına çıxışı ilə 2020-ci ilin əvvəlində BTQ dəmir yolu marşrutu boyunca pilot tranzit daşımalarının başlamasına məqsədilə birgə işlərin sürətləndirilməsinə dair razılığa gəliblər.

Bundan əlavə, Daşkənddə iki ölkənin tranzit potensialının inkişaf perspektivləri və Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan marşrutu boyunca multimodal nəqliyyatın təşkili məsələləri də müzakirə olunub.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC səmərəli tranzit potensialı realizasiyası üçün dekabr ayında komitə yaradılması və bununla bağlı iclasının keçirilməsini təklif etdi.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər