10 C
Baku
Sunday, May 19, 2024

Özbəkistan bu il 7 milyon xarici turist qəbul edəcək

Turizm sahəsi Özbəkistan iqtisadiyyatının ən sürətlə inkişaf edən və ən perspektivli sahələrindən birinə çevrilib.

Özbəkistan Turizm Komitəsinin nümayəndəsi İbrohim Barnayev jurnalistlər üçün təşkil olunan brifinqdə turizm sahəsinin inkişafına yönələn tədbirlərdən danışıb. Onun sözlərinə görə, viza rejiminin asanlaşdırılması, gömrük və vergi güzəştləri, habelə kreditlərin, qrantların və subsidiyaların ayrılması ölkədə turizmin inkişaf etməsinə şərait yaradıb.

“Koronavirus pandemiyasından sonra Özbəkistana turist axınında orta illik artım 20 faizdən çox olub. Bu ilin yanvar-noyabr aylarında respublikaya 6 milyon 134 min xarici turist gəlib. İlin sonunadək bu göstəricinin 7 milyona çatacağı proqnozlaşdırılır. Hər turist orta hesabla ölkədə 326 dollar xərcləyib”, – deyə İbrohim Barnayev bildirib.

Özbəkistanda 2023-cü il noyabrın 1-dək turizm sahəsində 658 milyon dollar həcmində 448 layihə həyata keçirilib və nəticədə 8 mindən çox iş yeri yaranıb. Hökumət 2030-cu ilədək xarici turistlərin sayını 15 milyon nəfərə çatdırmağı hədəfləyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər