“Özbəkistan Hava Yolları” şirkəti yeni aldığı təyyarə ilə ilk uçuşunu Bakıya reallaşdırdı

  •  
  •  
  •  
  •  

“Özbəkistan Hava Yolları” şirkəti yeni aldığı, “Wi-Fi” ilə təchiz olunnuş “Airbus A320neo” markalı sərnişin təyyarəsinin istismarına başlayıb.

 Bu barədə özbək mətbuatına istinadən xəbər verilir. 

Məlumata görə, bu təyyarə ilə ilk uçuş Bakıya reallaşdırıb. Bu gün yerli vaxtla saat 13.40-da Daşkənd hava limanından qalxan təyyarə bir qədər əvvəl Azərbaycna paytaxtında yerə enib. 

“Özbəkistan Hava Yolları”nın martın 11-də parkına əlavə etdiyi yeni layner müasir dizayna, fərdi ekranlarla təchiz edilmiş geniş və rahat oturacaqlara, daha güclü səsboğucu sisteminə malikdir. Onun mühərriki yanacağı daha səmərli işlədir. Birdəfəlik uçuş məsafəsi 6 min kilometr olan “Airbus A320neo” 12 nəfər biznes, 138 nəfər ekonom sinifdə olmaqla ümumilikdə 150 yerlik salona malikdir. 

Aviaşirkət növbəti bu növ təyyarəni ölkəyə gələn ayın əvvəlində gətirməyi planlaşdırır. 

©Report


  •  
  •  
  •  
  •