4 C
Baku
Wednesday, February 28, 2024

Özbəkistan ilə Çin arasında müntəzəm aviareyslər bərpa olunub

Özbəkistan və Çin koronavirus pandemiyası ilə əlaqədar üç illik fasilədən sonra müntəzəm aviareysləri yanvarın 10-dan etibarən bərpa edib.

Özbəkistan mediası bu barədə “Uzbekistan Airways” aviakompaniyasının administrasiyasına istinadla məlumat yayıb.

“Yanvarın 10-da yerli vaxtla saat 02:10-da pandemiya ilə əlaqədar üç illik fasilədən sonra Özbəkistanın aviadaşıyıcısı Daşkənd-Pekin-Daşkənd marşrutu üzrə ilk müntəzəm sərnişin reysini həyata keçirilib”, – deyə aviakompaniyanın nümayəndəsi bildirib. Yanvarın sonunadək bu marşrutla uçuşlar həftədə bir dəfə, fevralda isə həftədə iki dəfə həyata keçiriləcək.

Özbəkistanla Çin arasında müntəzəm hava əlaqəsi 2020-ci ilin fevralında dayandırılıb. Uçuşların bərpası Çinin pandemiya məhdudiyyətlərini yumşaltmasından sonra mümkün olub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər