24 C
Baku
Cümə, Sentyabr 17, 2021

Özbəkistan narçılıq sahəsində Azərbaycanın təcrübəsini öyrənir

Screen Shot 2021 09 02 at 14.34.20

Özbəkistan kənd təsərrüfatı, o cümlədən narçılıq sahəsində Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədir.

Bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov ölkəsinin müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.

“Biz Özbəkistanda hansı nar növlərinin becərmək üçün əlverişli olduğunu araşdırırıq. Bunun üçün müvafiq ərazilər də ayrılıb. Əməkdaşlıq edəcəyimiz sahələri ayırd edirik. Azərbaycanın müxtəlif bölgələrində olmuşam, orada pambıqçılıq və ipəkçiliyin necə inkişaf etdiyini görmüşəm. İstərdik ki, bu sahələrdə Özbəkistan Azərbaycanın təcrübəsini əxz etsin”, – deyə diplomat qeyd edib.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər