16 C
Baku
Friday, April 26, 2024

Özbəkistan prezidenti: Bakı və Daşkənd $432 mln. məbləğində müqavilələr imzalayacaq

Bakı və Daşkənd $432 mln. məbləğində müqavilələr imzalayacaq. Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev bazar ertəsi Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı bəyan edib.

“Mən bu səfərə tək gəlməmişəm, çünki biz Azərbaycan üçün darıxmışıq. Bilirsinizmi, hamı səbirsizliklə gözləyir, görək, nə vaxt imzalanma başlanacaq. $432 mln. məbləğində müqavilələr imzalanmaq üçün hazırlanıb”, – Azərbaycan prezidentinin saytında Mirziyoyevin sözlərindən sitat gətirilir.

Onun sözlərinə görə, Bakı və Daşkənd arasında əməkdaşlıq üçün çox sayda perspektivli istiqamətlər var. “Energetika, neft-qaz sahələri haqqında dediklərinizlə razıyam. İndi biz SOCAR (ARDNŞ) üçün ərazi ayırmışıq. bu gün mənə məruzə etdilər ki, onlar çox ciddi danışıqlar aparıblar, hər şey barədə razılaşıblar və həqiqətən, neft-qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlığın real perspektivləri var. Bu, normal kursdur, bu sahədə irəliləyiş var və biz bunu yalnız dəstəkləyəcəyik”, – Özbəkistan prezidenti qeyd edib.

Daha bir mühüm istiqamət, nəqliyyat-kommunikasiya sahəsində münasibətlərdir. “Bakı-Tbilisi-Qars dəmir yolu bizim üçün böyük əhəmiyyət kəsb edir. Bizim şirkətlərin çoxu artıq bu yolu tanıyır və Özbəkistan əmtəə dövriyyəsini artırmağı qarşısına hədəf qoyub. Mən çox istərdim ki, Siz tapşırıq verəsiniz, – bütün nazirlər burada əyləşiblər, – Türkmənbaşı-Ələt bərə xəttinə limanda preferensiyalar verilsin. Ona görə ki, bizdə də əmtəə dövriyyəsi artır, iqtisadiyyat yavaş-yavaş dirçəlir, istərdik ki, bütünlüklə bu istiqamətə üstünlük verilsin”, – o qeyd edib.

Həmçinin, Mirziyoyev münasib vaxtda Əliyevi Özbəkistana dəvət edib.

“Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk.Biz həm qarşılıqlı siyasi əlaqələri, həm də iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyik. Nəqliyyat, energetika, turizm sahələrində çox yaxşı perspektivlər var. Biz bütün istiqamətlərdə fəal əməkdaşlığı, səmərəli nəticələri hədəf seçmişik”, – Azərbaycan prezidenti bildirib. 

©Interfaks-Azərbaycan

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər