16 C
Baku
Saturday, April 13, 2024

Özbəkistan Rusiyadan qaz idxalını kəskin artırmaq istəyir

Özbəkistan Rusiya Federasiyasından qaz idxalının həcmini 3.6 dəfə artırmaq istəyir.

Hökumət Rusiyanın “Qazprom” şirkətindən gündəlik qaz alışını indiki 9 mln. kubmetrdən 30 mln. kubmetrə qədər artırılmasını nəzərdə tutur. Nəticədə illik idxal 11.68 mlrd. kubmetr təşkil edəcək.

Qeyd olunur ki, bu həcmdə qazın nəqlini təmin etmək üçün Özbəkistan magistral qaz kəməri sistemini modernləşdirmək istəyir. Bunun üçün 2024-2030-cu illər ərzində 500 mln. ABŞ dolları ayrılacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər