10 C
Baku
Friday, October 25, 2024

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulmaq istəyir

Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (TDƏŞ) qoşulmaq niyyətindədir.

Qırğızıstan Teleqraf Agentliyinə (KyrTAG) istinadən, bu barədə Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində bildirib.

“Bugünkü sammitin Türkdilli ölkələrin çoxəsrlik dostluq səviyyəsini daha bir pillə yüksəldəcəyinə və onun yeni səhifəsini açacağına əminəm. TDƏŞ üzv dövlətlərin adından aramızda olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi salamlamaq istəyirəm. Özbəkistanın TDƏŞ-ə üzv dövlət kimi qoşulmaq niyyətini qeyd və dəstəkləmək istəyirəm. Bu addım ittifaqımızın genişləndirilməsi üçün əlverişli şərait yaradacaq, beynəlxalq arenada onun nüfuzunu artıracaq”, – Sooronbay Jeenbekov deyib.

Qırğız lideri həmçinin fəxri qonaq kimi sammitdə iştirak edən Macarıstanın Baş naziri Viktor Orbanı salamlayaraq, Macarıstanın bugünkü sammitdə TDƏŞ-də müşahidəçi statusu alacağını söyləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər