26 C
Baku
Saturday, July 27, 2024

Özbəkistan ÜDM-ni 160 milyard dollara çatdırmaq niyyətindədir

Özbəkistan 2030-cu ilə qədər ÜDM-ni 160 milyard dollara çatdırmaq niyyətindədir.

Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ali Məclisin hər iki palatası qarşısında çıxışı zamanı deyib.

“Biz qarşımıza mühüm məqsəd qoymuşuq – 2030-cu ilə qədər ümumi daxili məhsulu 160 milyard dollara çatdıraq. Təbii ki, buna nail olmaq asan olmayacaq. Amma bizim dəqiq hesablamalarımız və real imkanlarımız var. Bizim kifayət qədər təbii ehtiyatlarımız, əmək ehtiyatlarımız, intellektual və mənəvi potensialımız, iş təcrübəmiz var”, – deyə Ş.Mirziyoyev bildirib.

Qeyd edək ki, 2022-ci ildə Özbəkistan iqtisadiyyatı 5,7% artıb, adambaşına düşən ÜDM 2 255 dollara (+3,5%) çatıb.

Son xəbərlər
Digər xəbərlər