Özbəkistan və Azərbaycan müştərək nəqliyyat-ekspeditor şirkətləri yaradacaq

Özbəkistan Transxəzər və Transqafqaz dəhlizlərini ən perspektivli və strateji hesab edir.

Bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov “Caspian Energy Club”ın təşkil etdiyi “Online B2G Forum”da çıxış edərkən deyib.

Onun sözlərinə görə, Özbəkistan yalnız ölkə daxilindən deyil, bütün Mərkəzi Asiyadan yük daşınmasına və Aralıq dənizinə çıxış əldə etmək üçün Xəzər və Qafqazdan keçən marşrutlardan istifadə etməyə hazırdır: “Bu baxımdan müştərək nəqliyyat-ekspeditor şirkətlərinin yaradılması vacibdir. Artıq Azərbaycanın bir sıra qurumu ilə danışıqlar aparıram və əməkdaşlıq üçün müxtəlif variantlar axtarırıq”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.