28 C
Baku
Saturday, August 13, 2022

Özbəkistan XİN-dən Azərbaycan səfirliyinə hücumla bağlı Bəyanat

“Özbəkistan Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu qətiyyətlə pisləyir”.

Bu barədə Özbəkistan XİN-in yaydığı bəyanatda deyilir.

“Biz diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkəti qətiyyən yolverilməz hesab edirik.

Biz bu hadisənin hərtərəfli araşdırılmasına və bütün əli olanların məsuliyyətə cəlb edilməsinə çağırırıq.

Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir”, – deyə bəyanatda qeyd olunur.

Son xəbərlər
Oxşar xəbərlər