27 C
Baku
Saturday, July 20, 2024

Özbəkistanda ictimai yerlərdə üzü gizlədən geyimlər qadağan edildi

Özbəkistan Ali Məclisinin qanunvericilik (aşağı) palatası ictimai yerlərdə üzü gizlədən və şəxsin tanınmasına mane olan geyimlərin geyinilməsini qadağan edən düzəlişləri qəbul edib.

Qadağanın pozulması intizam tənbehi ilə nəticələnəcək.

Qadağa tibbi diaqnoz və ya reseptə görə üzü gizlədən, eləcə də əmək və rəsmi fəaliyyətlə bağlı geyimlərə daxil deyil.

Dəyişiklik Özbəkistanda ictimai asayişin qorunması üzrə tədbirlərin səmərəliliyini artırmaq, o cümlədən “Təhlükəsiz şəhər” sisteminin informasiya proqramlarının işinin təkmilləşdirilməsi məqsədilə qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər