8 C
Baku
Bazar, Yanvar 23, 2022

Özbəkistanda Mərkəzi Asiyanın ən böyük külək elektrik stansiyası tikiləcək

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti, Özbəkistanın Energetika Nazirliyi eləcə də İnvestisiyalar və Xarici Ticarət Nazirliyi arasında külək elektrik stansiyası layihəsinin icrası barədə saziş imzalanıb.

Bu barədə Özbəkistanın Energetika Nazirliyinin açıqlamasında deyilir.

İmzalanan sənədə əsasən, Karakalpakstanda 1 500 MVt gücündə külək enerjisi stansiyası inşa edilərək istismara veriləcək. İstismara verildikdən sonra stansiya Mərkəzi Asiya bölgəsində ən böyük, dünyada isə ən böyük külək stansiyalarının sırasına daxil olacaq.

Özbəkistanın energetika nazirinin müavini Şerzod Xocayevin sözlərinə görə, 2030-cu ilədək ölkədə elektrik enerjisinin 25%-i bərpa olunan enerji mənbələrindən istehsal etməyi planlaşdırılır.

Layihənin təxminən 4 mln. ailənin elektrik enerjisinə olan tələbatını ödəyəcəyi gözlənilir.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər