Özbəkistanda Yeni Əndican adlı şəhər salınır

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərqanə vadisində Yeni Əndican adlı şəhərin bünövrəsini qoyub.

Prezident bununla bağlı keçirilən mərasimdə yeni şəhərdə tikiləcək binalarda 130 min mənzilin olacağını qeyd edib. Deyib ki, burada 450 mindən çox adam yaşayacaq.

Dövlət başçısının sözlərinə görə, şəhərin ümumi sahəsi 4000 hektar ərazini əhatə edəcək, bunun da 2000 hektarı binalar, sosial obyektlər, sənaye zonası, 2000 hektarı isə yaşıl zona üçün nəzərdə tutulacaq.

İlkin mərhələdə şəhərdə 170 çoxmərtəbəli bina 3310 mənzil, həmçinin məktəblər, uşaq bağçaları inşa olunacaq. Əvvəl şəhərdə 10 min, tikinti başa çatdıqdan sonra isə 100 min iş yeri olacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.