23 C
Baku
Friday, April 26, 2024

Özbəkistanın aeroportları özəlləşdirilir

Yaponiyanın “Sumitomo” şirkəti Özbəkistan aeroportlarının özəlləşdirilməsində iştirak edəcək.

Bununla əlaqədar “Sumitomo” şirkətinin yüksək səviyyəli nümayəndələri Daşkənddə olub, müvafiq sənəd imzalanıb.

Görüşdə deyilib ki, “Sumitomo” işin düzgün təşkilinə görə 2018-ci ildə 2,9 milyard dollar təmiz gəlir əldə edib.

Bildirilib ki, birinci mərhələdə Daşkənddəki İslam Kərimov adına Beynəlxalq aeroportun özəlləşdirilməsi nəzərdə tutulur və özəlləşdirmə zamanı qabaqcıl xarici təcrübə əsas götürüləcək. Bundan sonra Səmərqənd, Buxara, Urgənc, Fərqanə və Termez aeroportları da özəlləşdiriləcək.

Danışıqlar zamanı yapon ekspertlərinin bu yaxınlarda yaradılan “Uzbekistan Airports” Səhmdar Cəmiyyətinin fəaliyyətinə cəlb olunması məsələsi də müzakirə olunub.

©Azərtac

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər