4 C
Baku
Sunday, January 18, 2026

Özbəkistanla UNIDO 2020-2024-cü illərdə əməkdaşlıqla bağlı saziş imzalayıb

Özbəkistanın iqtisadi inkişaf naziri Camşid Kuçkarov və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktoru Li Yonq arasında 2020-2024-cü illərdə müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən saziş imzalanıb.

Sənəd iqtisadiyyatın müasir standartlar səviyyəsində qurulması, yüngül sənaye sahəsinin modernləşdirilməsi, bərpaolunan enerjinin, aqrosənaye klasterlərinin inkişafı və digər sahələri əhatə edir.

Bildirilir ki, tərəflər arasında əməkdaşlıq 27 ildir davam edir. Bu müddətdə müəssisələrin və sahibkarlığın inkişafı, ticarət, ekoloji cəhətdən təmiz istehsal və digər sahələri əhatə edən 15 layihə həyata keçirilib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər