15 C
Baku
Friday, November 7, 2025

Özbəkistan ABŞ-yə $100 milyarddan çox investisiya edəcək

Növbəti on il ərzində Özbəkistan ABŞ-yə 100 milyard dollardan çox sərmayə yatıracaq. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Trampın sözlərinə görə, qarşıdakı üç il ərzində Özbəkistan “təxminən 35 milyard dollarlıq alış və investisiya həyata keçirəcək, növbəti on il ərzində isə ABŞ iqtisadiyyatının əsas sahələrinə — həyati əhəmiyyətli faydalı qazıntıların hasilatı, aviasiya, avtomobil ehtiyat hissələrinin istehsalı, infrastruktur, kənd təsərrüfatı, energetika və kimya sənayesi, informasiya texnologiyaları və digər sahələrə — 100 milyard dollardan artıq sərmayə qoyacaq”.

Agentlik qeyd edir ki, Tramp faydalı qazıntılarla zəngin olan Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirmək niyyətindədir. 6 noyabrda o, Ağ Evdə Özbəkistan prezidenti Şövkət Mirziyoyevlə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın liderlərini də qəbul edib.

Dünya Bankının məlumatına görə, 2024-cü ildə Özbəkistanın ÜDM-i 115 milyard dollardan bir qədər az olub.

C5+1 sammiti (beş Mərkəzi Asiya ölkəsi və ABŞ formatı) 6 noyabr axşamı başlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Mərkəzi Asiya dövlətlərinin ABŞ ilə C5+1 formatında əməkdaşlığı “tamamilə təbiidir”. Kreml bu sammiti region ölkələrinin xarici siyasətinin və tərəfdaşlarla münasibətlərinin normal inkişafı kimi qiymətləndirib.

Son xəbərlər
Digər xəbərlər