12 C
Baku
Wednesday, December 11, 2024

Özbəkistan Azərbaycana yeni tranzit qatarlar buraxmağı planlaşdırır

Özbəkistan Dəmir Yolları (ÖDY) 2020-ci ilin yazına qədər Azərbaycan və Gürcüstana yeni multimodal dəmir yolu marşrutu üzrə tranzit qatarları buraxmağı planlaşdırır.

ÖDY-ə istinadən verilən  məlumata görə, multimodal marşrut üzrə pilot tranzit konteyner qatarının işə salınması 2020-ci ilin birinci rübündə nəzərdə tutulub.

Qeyd edək ki, dekabrın 18-də Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan, Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan, Qırğızıstanın dəmir yollarının nümayəndələri arasında görüş keçirilib. Görüşdə iştirakçılar ümumi tranzit tarif dərəcələrini və marşrut boyunca malların daşınması şərtlərini və logistik infrastrukturu müzakirə ediblər.                     APA

Son xəbərlər
Digər xəbərlər