16 C
Baku
Wednesday, November 5, 2025

Özbəkistan Azərbaycandan 7,5 milyon dollarlıq xalça sifarişi alıb

Azərbaycandan 7,5 milyon ABŞ dolları həcmində xalça sifarişi almışıq.

Bunu Xivə xalça fabrikinin direktor müavini Öktəm Rəhimov deyib.

“2020-ci ildə modernizə olunduqdan sonra fabrikimiz ayda 750 min kvadrat metr xalça istehsal edir. Məhsullarımızı, əsasən, Azərbaycan da daxil olmaqla, MDB ölkələrinə, Çinə ixrac edirik”, – Öktəm Rəhimov bildirib.

Qeyd edək ki, Özbəkistana işgüzar səfər çərçivəsində Xivə xalça fabrikində olan Azərbaycanın media nümayəndələri müəssisənin istehsal prosesi, məhsullarının ixrac imkanları və fəaliyyət istiqamətləri barədə məlumat alıblar.

Bildirilib ki, Xivə xalça fabriki bölgənin ən iri sənaye müəssisələrindən biridir. Müəssisədə pambıqdan iplik və hazır parça, xalça istehsalı həyata keçirilir. Fabrikdə müasir texnoloji avadanlıqlar quraşdırılıb, məhsullar həm daxili bazarda, həm də xarici ölkələrə ixrac olunur. Burada yüzlərlə yerli sakin məşğulluqla təmin edilib.

Səfər zamanı yerli turizm obyektləri, tədris ocaqları, istehsal müəssisələrini ziyarət edən azərbaycanlı jurnalistlər Xivə bölgəsinin iqtisadi, sosial və turizm potensialı ilə yerində tanış olmaq imkanı qazanıblar.

Səfər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində reallaşdırılıb. Layihə iki ölkə arasında media sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsinin aparılmasını, həmçinin media ilə iş mexanizmləri üzrə qabaqcıl yanaşmaların öyrənilməsini nəzərdə tutur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər