13 C
Baku
Friday, November 22, 2024

Özbəkistan bankları qeyri-rezidentlərə kartların verilməsi şərtlərini sərtləşdirib

Sentyabrın 12-dən Özbəkistanın “Kapital” bankı yalnız “tələbə”, “rəsmi işləyən”, “respublikada 15 gündən artıq qalan” kateqoriyalarına aid olan xarici vətəndaşlar üçün hesablar açacaq. Həmçinin, qeyri-rezidentlərə kartların verilməsi şərtləri sentyabrın 12-dən etibarən “İpak Yuli” bankı tərəfindən sərtləşdirilib, ona əsasən hesab yalnız Daşkəndin baş ofisində açıla bilər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Rusiyada “Visa” və “Mastercard” ödəniş sistemlərinin fəaliyyəti dayandırıldıqdan sonra ruslar digər ölkələrdə, o cümlədən Özbəkistanda bank kartlarını almağa başlayıblar. Özbəkistan Mərkəzi Bankının İdarə Heyətinin sədri Marmarizo Nurmuratovun sözlərinə görə, 2022-ci ilin əvvəlindən ölkədə əcnəbilər tərəfindən hesabların işlənməsi 15-20% artıb.

Son xəbərlər
Digər xəbərlər