16 C
Baku
Thursday, November 6, 2025

Özbəkistan BP-ni Ustyurtda Hasilatın Pay Bölgüsü Sazişinə cəlb etmək istəyir

Özbəkistan Böyük Britaniyanın BP şirkətinin Ustyurt rayonu üzrə Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) cəlb edilməsi üzrə danışıqlar aparır.

Bu barədə Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov bildirib.

Nazir xatırladıb ki, bu layihənin investorları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Özbəkneftqaz” paritet əsasda – 50:50 nisbətində çıxış edirlər: “Əksər HPBS-lərdə olduğu kimi maliyyələşdirmə investorlar konsorsiumu – SOCAR və “Özbəkneftqaz” tərəfindən təmin edilir. Eyni zamanda, SOCAR-ın tarixən yaxşı münasibətlər qurduğu BP şirkətinin iştirakı da nəzərdən keçirilir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər