17 C
Baku
Sunday, May 5, 2024

Özbəkistan “Mir” kartlarına xidməti bərpa etməyi planlaşdırmır

Özbəkistanın kommersiya bankları Rusiyanın “Mir” kartlarının qəbulunu bərpa etməyə hazır deyil. Bunu Səmərqənddə keçirilən iqtisadi forumun kuluarlarında ölkənin Mərkəzi Bankının idarə heyətinin sədri Mamarizo Nurmuratov deyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Sentyabrın 23-də ölkənin vahid bank prosessinq mərkəzi olan “Uzcard” “Mir” kartlarına xidmətin texniki səbəblərə görə dayandırıldığını elan edib.

Sentyabrda ABŞ Maliyyə Nazirliyi “Mir” kartlarına xidmət göstərən xarici bankları sanksiyalarla hədələyib. Bundan sonra Rusiyanın ödəniş sisteminə təkcə Özbəkistan deyil, Şri-Lanka, Türkiyə və Qırğızıstan da xidmət göstərməkdən imtina edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər